Saxa Respublikasında, Tiksi hava limanı yaxınlığında güclü külək nəticəsində “Polar Airlines” şirkətinə məxsus iki “Mi-8” helikopteri zədə alıb.
KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki,
Küləyin sürəti saniyədə 40 metrə çatıb və bu da helikopterlərin rotorlarının sıradan çıxmasına səbəb olub. Çovğunlu havada görmə məsafəsi 100 metrdən az olub. Federal Hava Nəqliyyatı Agentliyi insidentlə bağlı araşdırma aparmağı planlaşdırır. Lakin əlverişsiz hava şəraiti səbəbindən mütəxəssislər hadisə yerinə uça bilmirlər. Hava limanının yaxınlığında yerləşən Bıkovski kəndində də qasırğa fəsadlar törədib. Yaşayış binasının damı zədələnib. Təmir işlərinə yalnız havalar yaxşılaşdıqdan sonra başlanacaq.
Vəli Həsənoğlu,
KONKRET.az