AZ

Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH

Fransa Baş naziri Fransua Bayru amerikalı milyarder və Tesla, SpaceX, X (keçmiş Twitter) kimi şirkətlərin sahibi olan İlon Maskı demokratiya üçün təhlükə adlandırıb. O, Maskın təsir gücünün və sərvətinin demokratiya prinsiplərinə uyğun olmadığını qeyd edərək deyib ki. Hər bir halda Mask demokratiyalar üçün təhlükə yaradır. Hesab edirəm ki, pul vicdanı idarə etmək hüququ verməməlidir.
Bu açıqlamanın Mask tərəfindən necə qarşılanacağı hələ bilinmir, amma onun demokratiya ilə bağlı fəaliyyəti Avropa siyasətçiləri tərəfindən diqqətlə izlənilir.

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a vurğulayıb ki, Emmanuel Makronu narahat edən əsas məsələ Fransa daxil olmaqla Avropada millətçi kəsimin önə çıxmasıdır:

“Ultra sağçıların yüksəlişi 2016-cı ildən sonra, yəni Donald Trampın hakimiyyətə birinci gəlişi dövründə başlamışdı. 2016-2020-ci illər Fransa da daxil olmaqla Avropada ultra sağçılar yüksəliş yaşadılar. Amma 2020-ci ildən sonra onların fəaliyyətində müəyyən geriləmə baş verdi. Amma indi Donald Trampın hakimiyyətə gəlişi ilə bağlı millətçi kəsim yenidən ön plana çıxmağa başlayıb. Hətta Avropada keçirilən seçkilərdə Fransada Makronun rəqibləri qalib gəldilər. Makron anlayır ki, ultra sağçıların ön plana çıxması təkcə onun hakimiyyətdən getməsi ilə nəticələnməyəcək, eyni zamanda Avropa İttifaqının siyasətində də dəyişikliklərə səbəb olacaq. Almaniya və Fransa kimi ölkələr Avropa Birliyini dünyanın ən böyük güc mərkəzlərindən birinə çevirməyə çalışırlar. Ultra sağçıların önə çıxması isə Fransa və Almaniyanın istəyinin qabağını alır. İlon Mask isə prosesin əsas tərafdarlarından biridir. İlon Mask Almaniyada ultra sağçıların konfransına onlayn formada qoşuldu. Almaniyasa İlon Maskı seçkilərə müdaxilə etməkdə ittiham etdilər. Marine Le Pen başda olmaqla Makronun rəqibləri siyasətdə öz nüfuzlarını gücləndirirlər”.
Seçilən
4
sherg.az

1Mənbələr