Qəzzada son iki gündə 48 cəsəd tapılıb
Qəzza zolağının xilasediciləri və tibb işçiləri son 48 saat ərzində anklavın müxtəlif ərazilərində döyüş əməliyyatları nəticəsində həlak olan 48 nəfərin cəsədini aşkar ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, daha 80 yaralı sektorun tibb müəssisələrinə müraciət edib.
Bununla da, 2023-cü ilin oktyabr ayından Qəzzada eskalasiya nəticəsində ölənlərin sayı 47 min 354, yaralananların sayı isə 110 min 563 min nəfərə çatıb.
Qeyd edək ki, bu il yanvarın 15-də Qətər, Misir və ABŞ-nin vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS arasında girovların azad edilməsi və Qəzzada atəşkəsin tətbiq olunması ilə bağlı razılıq əldə edilib. Qəzzada atəşkəs isə yanvarın 19-da qüvvəyə minib.