AZ

ABŞ əhalisinin yarıdan çoxu Trampın “qızıl dövr”ü gətirəcəyinə inanır

ABŞ vətəndaşlarının yarıdan çoxu prezident Donald Trampın vaxtında ABŞ üçün “qızıl dövr”ün başlayacağı ilə razıdır. Bu, ABŞ-ın “Rasmussen Reports” şirkətinin yanvarın 27-də dərc olunmuş sorğusu nəticəsində məlum olub. 

Məlumatı “İzvestiya.ru” verib.

“Rasmussen Reports”un son milli telefon və onlayn sorğusu göstərib ki, ehtimal olunan ABŞ seçicilərinin 52 faizi “Amerikanın Qızıl Dövrü”nün başlaması ilə razılaşır, o cümlədən 33 faizi qəti şəkildə razılaşır”, - nəşr bildirib.

Bununla yanaşı, respondentlərin 41faizi Trampın bəyanatı ilə razılaşmadığını bildirib. 

Yanvarın 20-də Tramp and içdikdən sonra “Amerikanın Qızıl Əsri”nin başladığını elan edib. O, ABŞ-ı birinci yerə qoyacağını əlavə edərək, ölkənin əvvəllər olduğundam daha böyük, güclü və müstəsna olacağını qeyd edib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr