AZ

Selena Trampa göz yaşları ilə etiraz etdi - FOTO

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez ABŞ Prezidenti Donald Trampın miqrantlara qarşı siyasətinə etiraz edib və duyğularını göz yaşları ilə bölüşüb.

Gundem.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında video paylaşıb.

32 yaşlı aktrisa və müğənni prezident Donald Trampın bütün qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etmək planlarını şərh edərkən ağlayıb:

"Çox üzr istəyirəm, kaş ki, bir şey edə biləydim, amma bacarmıram. Nə edəcəyimi bilmirəm. Hər şeyi sınayacağam, söz verirəm".

Qomez video paylaşımını tez silib və "Görünür, insanlara qarşı empatik olmaq yaxşı deyil" sözlərini əlavə edib.

Qeyd edək ki, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bazar günü verdiyi açıqlamada, ümummilli miqrasiya əməliyyatı çərçivəsində 956 nəfərin həbs edildiyini və bunun, Trampın hakimiyyətə gəlişindən bəri ən böyük həbs sayı olduğunu bildirib. Çikaqo, Nyuark və Mayami kimi şəhərlərdə keçirilən reydlər, genişləndirilmiş həbs səlahiyyətlərinə sahib federal qurumları əhatə edib.

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
gundem.az

1Mənbələr