AZ

PlayStation ilə Xbox satışı qadağan edilə bilər

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı PUA idarəsində istifadə oluna biləcəyi üçün Rusiyaya "PlayStation" ilə "Xbox" tədarüklərini qadağan etməyi planlaşdırır. Bu barədə Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bəyanat verib.

" Financial Times" nəşrinin yazdığına görə, bu məhdudiyyət Rusiyaya qarşı yeni sanksiya paketinə daxil edilə bilər. Aİ rəhbərliyi yeni sanksiya paketini fevralın 22-də qəbul etməyi planlaşdırır.

Hürr Tərcüman

 

Seçilən
32
hurriyyet.az

1Mənbələr