Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləməyəcək
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq.
Reyting.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.