AZ

Aİ-nin missiyası Ermənistanı qorumaq deyil, kəşfiyyatdır - Juravlev

Aİ-nin Ermənistandakı missiyasının rolu regionda sabitliyi pozmaq və onu mümkün qədər anti-Rusiyaya çevirməkdir.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev “NEWS.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, avropalı müşahidəçilər kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldurlar, hansı ki sonradan öz maraqları üçün istifadə edirlər.

“Avropalıların heç nəyi müdafiə etmək niyyəti yoxdur. Bunlar hərbi qulluqçular deyil, mahiyyətcə kəşfiyyat funksiyalarını yerinə yetirən müşahidəçilərdir. Onların əldə etdikləri məlumatı İrəvanla bölüşməsi fakt deyil. Ən azından, Ermənistanın Qarabağı itirməsi ilə nəticələnən münaqişəyə heç bir Avropa qurumu heç bir şəkildə müdaxilə etməyib. Həmin vaxt qaçqınları yalnız Rusiya sülhməramlıları müşayiət və mühafizə edirdi”, - Juravlev bildirib.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr