Azərbaycan Premyer Liqasının təmsilçisi “Turan Tovuz”un futbolçusu Faiq Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik:
- Ayağınızda yaranan zədə səbəbindən əməliyyat olunmusunuz. Hazırda özünüzü necə hiss edirsiz?
- Hazırda hər şey qaydasındadır. Bəli, uzun müddətdir ki, meydançaya çıxa bilmirdim. Amma sevindirici haldır ki, indi yaxşıyam. Məşqçilərimə və həkimlərimizə minnətdarlığımı bildirirəm ki, tez bir zamanda ayağa qalxmağım üçün əllərindən gələni etdilər. Hər dəqiqə səhhətimlə marağlanırlar. İndi heç bir problemim yoxdur.
- 20 gündən sonra meydanda mübarizə apararkən çətinlik çəkdiniz?
- Təbii ki, biraz çətinlik çəkdim. Amma ayağımı mydançaya basmışamda sonadək mübarizə aparmalıydım. Ona görə də buna uyğun şəkildə hərəkət etdim.
- Uzun zamandan sonra meydana çıxmağın məhz “Qarabağ”la oyuna təsadüf etdi. 2:1 hesabla bitən qələbənizi necə şərh edərdiniz?
- Çətin oyun oldu. Qələbə qazandığımız üçün çox sevinirdik. Sona qədər mübarizə apardıq. Buna görə də qələbə qazandıq. Komanda olaraq bizim üçün vacib oyun idi.
- Komanda bu qələbəni xüsusi sevinclə qeyd etdi. Bu barədə nələr deyə bilərsiz?
- Hər oyunda qazanılan xal bizim üçün dəyərlidir. Lakin belə güclü rəqiblərə qarşı qələbə qazanmaq xüsusi sevincə səbəb olur. Lakin daim qələbəmizi tez unudub növbəti oyuna köklənirik.
- Matç zamanı hansı məqamlarda çətinlik çəkdiz?
- Komanda olaraq yaxşı mübarizə apardıq. Bir-birimizə çətinlik çəkdiyimiz yerlərdə kömək olduq. Ona görə də heç bir çətinliyimiz olmadı. “Qarabağ” kimi komandadan xal qazanmaq bizə üstünlük verdi.
- XXI turda “Səbail”lə qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədir?
- Rəqibimiz qış fasiləsindən sonra yaxşı formadadır. Çətin oyun olacaq. Hər matçda olduğu kimi burada da qələbə qazanmağa çalışacayıq.
- Hazırda Premyer Liqada turnir cədvəlində 35 xalla dördüncü pillədəsiniz. Medalçılar sırasında olacağınıza ümid edirsiniz?
- Təbii ki, hər şey çempionatın sonunda bəlli olacaq. Amma bizdə bir sıra klublar kimi sonda qalib olmaq istəyirik. Ona görə var gücümüzlə məşqlərdə iştirak edərək, hazırlaşırıq.
Banuçiçək Hüseynli