AZ

Bacısını öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi

Yaxın qohumunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bikldirilib.

Ötən il iyunun 24-də 1980-ci il təvəllüdlü Culfa rayon sakini Elfanə Muradovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla 1984-cü il təvəllüdlü Ruslan Əliyevin şəxsi münasibətlər zəminində bacısı Elfanə Muradovaya küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
4
teleqraf.com

1Mənbələr