AZ

Aşağı Ləgər kəndində elektrik dirəyi əyilib: "Hər an aşa bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusar rayonunun Aşağı Ləgər kəndində elektrik dirəyi təhlükəli vəziyyətə düşüb.
Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, uzun müddətdir ki, yararsız vəziyyətdə olan dirək son günlər tamamilə əyilib və ətrafdan keçən sakinlər üçün təhlükəli vəziyyət yaradıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyilmiş dayaq sabah düzəldiləcək.
"Qeyd edək ki, Aşağı Ləgər - layihələndirilmiş kəndlərdəndir. Mart ayından etibarən kənddə iş başlayacaq və elektrik şəbəkəsi tam olaraq yenidən qurulacaq: bütün dayaqlar, transformator, yeni sayğaclar, bütün izolyasiyalı naqillər və s. - hamısı yenilənəcək. Hazırda Qusarın dörd kəndində bu işlər görülür və yekunlaşmaq üzrədir. O işlər bitən kimi Aşağı Ləgər kəndində işlərə start veriləcək",- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Seçilən
2
oxu.az

1Mənbələr