AZ

BOKT"İnternational" istiqrazlarının ticarətə buraxılması üçün qərar verilib

28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

Bu barədə BFB məlumat yayıb.

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı: BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2028021023 / AZ2027021024, AZ2026021025 / AZ2025021026: 

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar: 

Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli: 

İstiqrazların sayı:  1000 (ədəd) (hər bir İSİN kod üçün 250 ədəd olmaqla)

İlkin ticarət qiyməti:  1000 manat

Buraxılış həcmi: 1 000 000 manat (hər bir İSİN kod üçün 250 000 manat olmaqla)

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti: 2 il

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
25
marja.az

1Mənbələr