AZ

Əks-kəşfiyyat niyə fəaliyyətsizdir və ya jurnalistlər SMERSH rolunda

Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.

Ayrı-ayrı mətbuat işçilərinin “vətənpərvərliyinə” istənilən dövlət xadimi qibtə edə bilər. Artıq uzun müddətdir ki, bəzi media işçiləri nədənsə əks-kəşfiyyatın diqqətindən yayınan satqınları, casusları ifşa edir. Görünür, SMERSH-i (NKVD-nin "Смерть шпионам" qurumun - qısaldılmış adı SMERSH) geri qaytarmağın vaxtı çatıb.

Maraqlıdır ki, “casuslar” məhz Bakı ilə onun xarici tərəfdaşları arasında münasibətlərin kəskinləşməsi anında peyda olurlar. Beləliklə, bir il əvvəl Amerika universitetlərinin məzunlarının illik yığıncağı qəfildən "Amerika agentlərinin toplantısı" elan edildi. Hər şey ona doğru gedirdi ki, əks-kəşfiyyat casuları axırki tutacaq, amma “hiyləgər imperialistlər yıgıncagını” ləğv etdilər və “casuslar” xilas oldular.

Düzdür o da məlum oldu ki, Azərbaycan hökumətinin yarısını Amerika universitetlərinin və təhsil mərkəzlərinin məzunları təşkil edir.

“Casusları” tutmaq üçün “treninqi” az qala hər həftə AZTV keçirir. Guya ictimai rəyi düşmənlərin və satqınların növbəti yuvasına yönəldir, onlarla mübarizə aparmağa çağırır. Adamda belə bir təəssürat yaranır ki, ölkənin xarici siyasəti məhz burada formalaşır.

Son nümunə “Rus Evi”ndə casusların axtarışıdır. Bu cür bəyanatların jurnalist etikasına demək olar heç bir aidiyatı yoxdur. Sadəcə soruşmaq istəyirsən: “Yaxşı, mənə bu casusu göstər! Onu görmüsən, əlindən tutmusan?"

Ən maraqlısı odur ki, dövlətlərarası münasibətlər normallaşan kimi “casuslar” və onların ölkələri Azərbaycanın əsl dostlarına çevrilirlər.

Həm də təəccüblüdür ki, həmin düşmən dövlətlər Azərbaycana külli miqdarda pul yatırıblar. Adam soruşmaq istəyir, - “düşmənlərlə” necə əməkdaşlıq etmək olar?

Belə ikili siyasət nə dərəcədə məhsuldardır və Azərbaycanın imicinə necə təsir edir?

Sıravi vətəndaş bu suallara cavabı televiziya çıxışlarında rəsmi siyasətə haqq qazandırmaq üçün yarışan keçəl “politoloqlar”da axtarır.

Düşünən insanlar isə bütün bu təlxəkliyə ancaq gülürlər.

Jemin

Seçilən
6
turan.az

1Mənbələr