AZ

Həkimlər xəstənin itinə görə müdaxilə edə bilmədilər

Moskvada həkimlər uzun müddət itinə görə sahibinə kömək edə bilməyiblər, heyvan yıxılan sahibinin yanına heç kimi buraxmayıb.

 News24.az xəbər verir ki, hadisə Novorublevskaya küçəsində yerləşən ərzaq mağazasının yaxınlığında baş verib. Heyvanın sahibi ağacın yanında yıxılıb və yerdə qalıb. Yoldan keçənlər kişiyə kömək etməyə çalışıblar, lakin it hiddətlə hürməyə başlayıb, sahibinin yanında uzanıb və heç kimi ona yaxın buraxmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin həkimləri və əməkdaşları cəlb olunub . Nəticədə heyvan ərazidən kənarlaşdırılıb.

Ağa Dadaşzadə

Seçilən
3
news24.az

1Mənbələr