AZ

Bələdiyyə seçkiləri ilə bağlı MÜHÜM MƏQAM: “Yeni idarəetmə formasında…”

“Konstitusiya ilə yeni idarəetmə formasında bələdiyyələrin də rolu və əhəmiyyəti artacaq”.

Bunu Yenicag.az-a açıqlamasında yanvarın 29-u Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi fonunda prosesləri şərh edən seçki texnoloqu Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, bəziləri bələdiyyə seçkilərini, prezident və parlament seçkilərindən daha əhəmiyyətsiz sayır:

“Belə düşünmək yanlışdır. Bələdiyyə seçkiləri də özlüyündə xüsusi əhəmiyyət kəsb edir. Çünki yerli özünüidarəetmə strukturlarını formalaşdırır. Təəssüfedici məqam isə indiyə qədər bələdiyyələrin üzərinə düşdüyü öhdəlikləri obyektiv və subyektiv səbəblərdən tam formada icra edə bilməməsidir. Bu il referendum keçirilməsi də gözlənilir. Konstitusiya ilə yeni idarəetmə formasında bələdiyyələrin də rolu və əhəmiyyəti artacaq. Bir sözlə, bu seçkilər də Azərbaycan üçün vacib və əhəmiyyətli proses olacaq”.

Nəsimi Ələsgərli

Seçilən
2
yenicag.az

1Mənbələr