Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, hakimlərin Qiymətləndirməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurası Apellyasiya Şurasının tərkibi formalaşdırılıb
Bu barədə "Report"a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb, bununla bağlı fikir mübadiləsi aparılıb.
İclasda Hakimlərin Qiymətləndirməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının tərkibi formalaşdırılıb. Eyni zamanda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.