AZ

“Nimesil”i digər toz preparatlarla qarışdıranlara XƏBƏRDARLIQ

Qrip günümüzün reallığıdır. Mütəmadi olaraq hər kəs bu virusa yoluxur. Maraqlıdır ki, qriplə mübarizədə insanlar daha çox özünü müalicə yolunu seçirlər. Həkim rəyi olmadan apteklərdən müxtəlif preparatlar alıb özlərini müalicə edirlər. Son zamanlar belə müalicə yolunu tutanlar apteklərdən“Nimesil” və digər toz tərkibli preparatları alıb qarışdırır və onu içirlər.

Amma həkimlər bunun riskli olduğunu deyirlər.

Nəzərə alaq ki, “Nimesil”  dərmanı ağrıkəsici və iltihab əleyhinə təsir göstərən məşhur preparatlardan biridir. Lakin onun tez-tez və nəzarətsiz istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Həkimlərin bildirdiyinə görə, “Nimesil” dərmanı yalnız qısa müddətli istifadəyə uyğun olub, uzunmüddətli istifadə zamanı ciddi fəsadlara səbəb ola bilər.

Nimesil” tez-tez qəbul edildikdə mədə-bağırsaq traktına mənfi təsir göstərir. Xüsusilə, mədə xorası və ya qastrit kimi problemlər yaşayan şəxslərdə vəziyyəti daha da ağırlaşdıra bilər. “Nimesil”in tərkibindəki aktiv maddələr mədənin selikli qişasına təsir edərək qıcqırma, yanma hissi və hətta qanaxmaya səbəb ola bilər.

Bu dərmanın tez-tez istifadəsi qaraciyər və böyrəklərdə ciddi zədələnməyə yol açır.

Araşdırmalara görə, yüksək dozada “Nimesil” qəbul edən şəxslərdə qaraciyər çatışmazlığı riskinin artdığı müşahidə edilib. Böyrəklər isə dərmanın toksik təsirinə məruz qaldığından, uzun müddət istifadəsi böyrək funksiyasının pozulmasına gətirib çıxara bilər.

Həkimlər bildirir ki, “Nimesil” və oxşar dərmanların tez-tez istifadəsi ürək-damar xəstəlikləri riskini artırır. Qan təzyiqinin yüksəlməsi, infarkt və ya insult kimi təhlükəli hallara səbəb ola bilər.

Bir sözlə, “Nimesil”in nəzarətsiz istifadəsi ağır nəticələrə gətirib çıxara bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, qripə qarşı “Nimesil”i digər “paroşok”larla qarışdırıb içmək təhlükəlidir:

“Təsadüfi deyil ki, tərkibində iltihab əleyhinə, temperatur salmaq və digər təsir imkanına malik prepratların həkimlər tərəfindən yazılmasına çox az rast gəlinir. Adətən bu cür hallara daha çox pasiyentlərin özünümüalicə üsullarında yol verilir.

Nəzərə alaq ki, polikompenentli tərkiblərin içərisində olan dozaların miqdarı elə hesablanıb ki, onları orqanizmlər ancaq optimal müddətdə qəbul edə bilir. Həmin tərkiblərin içərisində olan iltihab əleyhinə preparatların yanına “Nimesil” kimi preparatı da qoşmaq onların toksiki, allergik təsirini artıra bilər, eləcə də kapliyar damarları zədələməklə digər fəsad törədə bilər və qanlaxtalanma, qanyaranma sistemlərini zədələməklə qanaxma risqini artırar.

Eləcə də, bu, qanın yetişməkdə olan hüceyrələrini zədələyər. Xüsusən də, iltihaba qarşı salisil turşu birləşmələr, allergetiklər, qeyri-streoid iltihaba qarşı birləşmələrin miqdarını və dozasını müəyyən etmək müəyyən risklər yarada bilər.

Nəticədə mədə-bağırsağın selikli qişasını zədələyə, yaralarda, qastriddə qanaxma yarada bilər. Eyni zamanda, qeyd etməliyik ki, burda arzuolunan terapevtik dozanın həddi keçilə bilir. Bu da öz növbəsində digər fəsadlara yol açır. Qripə qarşı bu cür təyinatlar tətbiq olunsa da, bunlar bütün hallarda risklər və əlavə təhlükələr yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr