AZ

Rusiyadakı biznesini 700 milyon avro zərər ilə satır

Hollandiyada yerləşən ING Bankı Rusiyadakı aktivlərini təxminən 700 milyon avro zərərlə satacağını açıqlayıb.

Marja.az xəbər verir ki, ING-nin yazılı açıqlamasında, Bankın Rusiyadakı aktivlərinin satışı ilə bağlı razılığın əldə edildiyi qeyd edilib.

Açıqlamada, aktivlərin Rusiyada yerləşən “Global Development” adlı şirkətə satılacağı və razılaşma nəticəsində Bankın təxminən 700 milyon avro itirəcəyi gözlənildiyi bildirilib.

Açıqlamada Bankın 2022-ci ilin fevralından bu yana Rusiyada heç bir yeni iş görmədiyi və ya şirkətlə işləmədiyi və ölkədəki əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltdığı bildirilib.

Rusiyadakı bir çox Qərb şirkətləri Ukrayna müharibəsi və sanksiyalara görə ölkədəki fəaliyyətlərini azaldıb və ya dayandırıb.

Seçilən
6
marja.az

1Mənbələr