AZ

Sumqayıtda şəhid qızını xəstəxanaya təmizlikçi kimi işə götürüb qeydiyyatçı olaraq işlədirlər? RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında qeydiyyatçı kimi çalışan Azadə Həşimova ona qarşı olan haqsızlıqdan gileylənib.

KONKRET.az xəbər verir ki, bu barədə “Den.az” -a özü məlumat verib.

Xanım iddia edib ki, illər öncə ailə təhsili olmadığı üçün ona xəstəxanaların birində texniki işçi (Təmizləyici-sanitar) ştatı üzrə iş təklif olunub. Uzun müddət bu sahədə çalışan qadın sonrada iş yerini dəyişmək qərarına gəlib. Ancaq ona Ali təhsili olmadığı üçün başqa işlə təmin edilməyəcəyi bildirilib. Azadə Həşimovada ailəsinin razılığı əsasında gələcək arzularını həyata keçimək məqsədi ilə Ali təhsil alıb. Bundan sonra Sumqayıt Tibb Mərkəzinə müraciət edib. Lakin sözü gedən Tibb Mərkəzi Publik Hüquqi şəxsin direktoru Elnur Azadxanovun xanıma verdiyi cavab heç də ürək açan olmayıb. Təkrar müraciətində isə Səhiyyə müdiri ümumiyyətlə onu qəbul etməyib.

Bir müddət sonra Azadə Həşimovanı təmizlikçi ( sanitar) ştatında qalmaq şərti ilə 1 nömrəli şəhər xəstəxanasında qeydiyyatçı kimi işlə təmin ediblər. Bu isə xanımın ürəyincə olmayıb. Elnur Azadxanovun təkrar qəbuluna düşmək isə heç cür mümkün olmayıb.

Çarəsiz qalan  xanım aidiyyatı orqanlara müraciət ünvanlayıb.

Çox maraqlı bir məqam var. Necə ola bilər ki, xanım hazırda təmizlikçi ( sanitar) vəzifəsində olsada, lakin qeydiyyatçı kimi fəaliyyət göstərir? Bu sizcə qanun pozuntusu deyil?

Qeyd edək ki, Azadə Həşimova 1993-cü il şəhidi Əziz Hacıyevin qızıdır.

Sumqayıt Tibb Mərkəzindən isə bildirilib ki, Həşimova Azadə Əziz qızı 05 aprel 2024-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində sanitar qadın vəzifəsinə işə qəbul edilib. A. Həşimovanın Xəstə xidmətləri şöbəsinə işə qəbul olunması üçün ali təhsil tələb olunduğundan hazırki təhsili buna imkan vermir. Ali təhsilli olması ilə bağlı qeyd olunanlar isə həqiqəti əks etdirmir və A. Həşimova orta təhsillidir.  Azadə Həşimova dəfələrlə Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tərəfindən qəbul edilib və  mövcud durum ona izah edilib.  A. Həşimovanın direktor tərəfindən qəbul edilmədiyi ilə bağlı iddiaları əsassızdır və həqiqəti əks etdirmir.

Seçilən
17
konkret.az

1Mənbələr