AZ

Əqli mülkiyyət hüququ haqda məlumatlandırma keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ölkəmizdə yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını, elm xadimlərini və b. intelektual  sahiblərini əqli mülkiyyət hüququ haqda məlumatlandırmaqla onların yaradıcılıq potensialını gücləndirmək, maddi-mənəvi təminatına kömək etmək, intelektual yaradıcılıq məhsullarını maddi və sosial vəziyyətin yüksəldilməsinə yönəltmək məqsədi ilə Azpost İB-nin “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması”  layihəsinə maliyyə vəsaiti ayırmışdır. 

İlk tədbir ziyalıların və yaradıcı şəxslərin çox olduğu Gəncə şəhərində keçirilmişdir. Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının üzvlərinin, Elmlər Akademiyasının Gəncə şöbəsinin əməkdaşlarının, Gəncədə olan ali təhsil müəssisələrinin müəllimlərinin və b. ziyalıların iştirak etdiyi tədbirdə təlimçilər, AR Mədəniyyət və İncəsənət universitetinin hüquqşünası Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev Azərbaycan dövlətinin əqli mülkiyyət sahiblərinə göstərdiyi qayğıdan, bu sahədə qəbul olunmuş qanunvericilik aktlarından, yaradıcı şəxslərin hüquqlarından, onların müdafiə mexanizmdən məlumatlandırma aparmış, praktik bilik və bacarıqlar haqda təlim keçmişlər.

Bu günlərdə 90 yaşı tamam olacaq qocaman yazıçı Qərib Mehdi ilk dəfə olaraq iştirak etdiyi belə təlimin çox faydalı olduğunu, yaradıcı şəxslərə stimul verdiyini, yaradılan əsərlərin həm də maddi rifah mənbəyinə çevrilməsinə kömək etdiyini vurğuladı.

İnteraktiv qaydada keçirilən tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı. İştirakçılara hüquqi normativ sənədlərin surətləri paylanıldı.

Seçilən
0
1
azpost.info

2Mənbələr