Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2024-cü il tarixinə investisiya portfelinin 66,5%-ni ABŞ dolları təşkil edib (31.12.2023 tarixinə bu göstərici 67,5% olub – red.). Bu da ötən ilin axırına olan göstərici ilə müqayisədə 1 faiz bəndi azdır.
"APA-Economics"in Neft Fondunun ötən ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü il 31 dekabr tarixinə avro ARDNF-in investisiya portfelinin 21,1%-ni, funt sterlinq 4,9%-ni, Çin yuanı – 3,5%-ni, Yaponiya yeni – 2,6%-ni, digər valyutalar isə 1,4%-ni təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 60 029,5 mln. dollara çatıb.
Belə ki, Fondun investisiya portfelinda valyutalar aşağıdakı ardıcıllıqda qərarlaşıb:
- ABŞ dolları: $39 937,9 mln.,
- Avro: €12 12 mln. İngilis funt sterlinqi: £2 327,5 mln
- Çin yuanı: CNY 11 309,5 mln.
- Yapon yeni: JPY 127 946,2 mln.
- Digər valyutalar: $2 164,4 mln.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 12 354,6 mln. dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib.