Burak Yılmazın yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Kasımpaşa"nın yeni baş məşqçisi Burak Yılmaz olacaq. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumatı bölüşüb. 39 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Kasımpaşa" Hakan Keleşlə yollarını ayırıb. Burak Yılmazın son iş yeri isə "Kayserispor" olub.