“Sabah” daha bir futbolçunu heyətinə cəlb edib.
Tribunainfo.az xəbər verir ki, klubun mətbuat xidməti bununla bağlı paylaşım edib.
Paytaxt təmsilçisi Rusiyanın “Rubin” klubundan Umarali Rahmonaliyevin keçidini açıqlayıb. 21 yaşlı özbəkistanlı yarımmüdafiəçi 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, Umarali Rahmonaliyev karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdü. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.