NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev "Lənkəran"a 87:73 hesabı ilə qalib gəldikləri oyundan - Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçından sonra fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, o, belə danışıb:
“Kubokda fərqli limit səbəbindən sistem tamamilə dəyişir. Çətin idi. Amma düşünürəm ki, oyun maraqlı alındı. Rəqibin güclü, zəif tərəflərini bilirdik və layiqli qələbə qazandıq. Uşaqlar hər şeyi düzgün etdilər. Kubokun 1/4 finalında bizi “Şəki”yə qarşı görüş gözləyir. Çox güclü rəqibdir. Turnir cədvəlidəki yerləri də buna sübutdur. Onlar öz qruplarında liderlik edirlər. Çətin olacaq. Amma bu matça hazır olacağıq”.