Ötən ilin 9 ayı üzrə Dövlət Neft Fondu vəsaitlərinin idarə edilməsindən 3 282,3 milyon ABŞ dolları və ya 5 579,9 milyon manat (investisiya portfeli üzrə: 3 275,3 milyon ABŞ dolları və ya 5 568,0 milyon manat) məbləğində reallaşdırılmamış gəlir əldə edib.
“APA-Economics” xəbər verir ki, bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Fondun 2024-cü il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla 50%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 25%-ə qədəri səhmlərdən (pay), 10%-ə qədəri yuxarı uzaqlaşma intervalı maksimum 2% olmaqla daşınmaz əmlakdan və 15%-ə qədəri isə yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla qızıl alt portfelindən ibarət olub.