"Atletik"in hücumçusu Aleks Berenquer evində oğurluğa cəhdin qarşısını alıb.
Publika.az "El Correo"ya istinadən xəbər verir ki, hadisə bazar ertəsi günü baş verib.
29 yaşlı cinah oyunçusu hamilə arvadı ilə villasında olarkən üç nəfər silahlı şəxs soyğunçuluğa cəhd edib. Bağda adamların gizləndiyini görən Berenquer onların içəri girməsinə mane olmaq üçün cəld şüşə qapını bağlayıb. Onlardan biri dəmirlə qapını açmağa çalışarkən, digəri silahı futbolçuya və həyat yoldaşına tuşlayıb. İçəri girə bilməyən soyğunçular qaçıblar.
Hadisədən sonra evin təhlükəsizlik sistemi işə salınıb və polis gəlib. Berenquer və həyat yoldaşı xəsarət almayıb. Polis oğurluğa cəhdlə bağlı araşdırmalara başlayıb.