Bakı, TurkicWorld
Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti açılacaq.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Özbəkistan prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.
Yeni açılacaq universitetdə müvafiq olaraq, mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, qida mühəndisliyi, iqtisadi və sosial elmlər kimi sahələrdə beynəlxalq standartlara uyğun olaraq təhsil veriləcək.
2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetdə təhsil sistemi, beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin təhsil proqramları əsasında qurulacaq.
Qeyd edək ki, Universitetin fəaliyyəti və koordinasiyası üçün direktorlar şurası yaradılacaq.