AZ

Belarus Ukrayna ilə əlaqəni bərpa etməyə hazır olduğunu açıqlayıb

Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski bildirib ki, Belarus sərhədçiləri Ukrayna ilə beynəlxalq əlaqələri bərpa etməyə tam hazırdırlar.

Editor.az bu barədə BELTA-ya istinadla xəbər verir. O xatırladıb ki, Ukrayna rəhbərliyinin qərarı ilə 2022-ci il fevralın 28-dən Belarusla dövlət sərhədindəki bütün beynəlxalq keçid məntəqələri bağlanıb və hazırda ölkələr arasında beynəlxalq əlaqə yoxdur. Bıçkovski qeyd edib ki, Belarus tərəfində Ukrayna sərhədində nəzarət-buraxılış məntəqələri fəaliyyətdədir və sərhədçilər ən qısa zamanda Ukrayna ilə beynəlxalq əlaqəni bərpa etməyə tam hazırdırlar.

Bıçkovski həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) sərhədyanı bölgədəki kontingenti Ukrayna Milli Qvardiyasının nümayəndələri, polis əməkdaşları və ərazi müdafiəsi də daxil olmaqla 15 minə yaxın əsgərdən ibarətdir. Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr