Beyrut Hizbullah üzvləri və Livan vətəndaşlarının azadlığa buraxılması müqabilində İsrail əsgərlərinin cənub ərazilərində qalmasını fevralın 18-dək uzatmağa razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə “National” qəzeti Livan rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail özü Livana qoşunlarının cənub ərazilərində mövcudluğunu uzatmasını istəyib.
Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, İsrail ordusu 2025-ci ilin yanvarın sonuna kimi Livanın cənubundan çıxmalı idi.