AZ

"La Gazette du Caucase" Fransız müstəmləkəçiliyi ilə mübarizədə Bakı Təşəbbüs Qrupunun səylərini yüksək qiymətləndirib

Bakı. Trend:

21 yanvar 2025-ci il tarixində Azərbaycanda Bakı TəşəbbüsQrupunun indiyə kimi Fransız hökmranlığının fəsadlarından əziyyətçəkən Hind okeanı adası - Reyunyonun müstəmləkə irsinə həsr olunmuşvacib iclası keçirilib.Tədbirdə müstəmləkə siyasətinin aktualnəticələrini təhlil etmək və dekolonizasiya məsələlərindəbeynəlxalq dialoqu təşviq etmək üçün platforma təqdim edilib.

“Bu inzibati status (1946-cı ildən bəri fransız departamentininstatusu) formal olaraq müstəmləkə idarəçiliyinə son qoysa da,adanın hələ də fransız metropoliyasının diktatına tabe olan adanınköklü sakinlərinin vəziyyətini heç də dəyişməyib”, - fransız “LaGazetted du Caucase” onlayn nəşrinin məqaləsində qeyd olunur.

Materialda vurğulanır ki, Fransa ilə formal inteqrasiyanınolmasına rəğmən, adanın siyasi, sosial və iqtisadi strukturlarıindiyə kimi müstəmləkəçi düşüncə tərzindən qurtulmayıb.

“Reyunyon: işğal şəraitində cənnət” mövzusuna həsr olunmuşkonfrans çərçivəsində Fransanın müstəmləkəçilik praktikasının həmmüasir, həm də tarixi aspektləri nəzərdən keçirilib. Reyunyondanolan fəallar sistematik qeyri-bərabərlik, o cümlədən iqtisadiasılılıq, mülkiyyət hüququnda bərabərsizlik və mədənimarginallaşdırma kimi problemlərin aktuallığına diqqət çəkib.

“La Gazette du Caucase” qeyd edir ki, “İqtisadi asılılıq ənvacib problem olaraq qalmaqdadır. Adanın idxaldan güclü asılılığıvar ki, bu da paytaxt müəssisələrinin xeyrindədir və yerli sənayenimarginallaşdırır”.

Tədbirdə eyni zamanda müstəmləkəçiliyin daha geniş fəsadlarındansöz açılıb. Fransanın digər dəniz aşırı ərazilərindən olannümayəndələr oxşar problemləri bölüşdüklərini təsdiq edərək, bukimi halların “tək-tük hal” olmadığını, daha geniş sistematikxarakter daşıdığını diqqətə çatdırıb.

“La Gazette du Caucase” yazır ki, 1963-1982-ci illərdəReyunyonda qadınların icbari qaydada sterilləşdirilməsi və minlərləuşağı adadan materikə deportasiyası müstəmləkəçi zorakılığın barisnümunəsidir.

“Həmin uşaqlar onlara daha yaxşı şəraitin yaradılacağı bəhanəsiilə ailələrindən alınırdı, bununla belə onlar tez-tez zorakışərtlərlə və istismarla üz-üzə qalırdılar”, - məqalədəbildirilir.

Nəşrdə həmçinin, Fransanın müstəmləkə təcrübəsi ilə iləerməni-azərbaycanlı münaqişəsi arasında paralellər aparılır. “LaGazette du Caucase” vurğulayır ki, Azərbaycanın müstəmləkəproblemlərinə diqqəti Fransanın Qarabağda erməni separatçılarınaverdiyi dəstəklə izah olunur.

Məqalə müəllifləri yazır: "Ermənistan 1993-cü ildə AzərbaycanınQarabağ və ətraf rayonlarına daxil olub... Bu klassik müstəmləkəçitaktikasını əks etdirir: torpaqlar zəbt olunur, onun üzərindəhüquqlar elan edilir, yerli əhali və mədəniyyət bir başqası iləəvəz edilir”.

Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov oxşarədalətisizliklə mübarizədə təşkilatın əsas missiyasını təsdiqləyib.O qeyd edib ki, Qrup Birləşmiş Millətlər Təşkilatınındekolonizasiyaya qarşı proqramına uyğun şəkildə, "amma dahaeffektiv" fəaliyyət göstərir, belə ki, müstəmləkəçi dövlətlər onaveto qoymurlar.

Konfrans təkcə Reyunyonun ağır vəziyyətini işıqlandırmayıb, həmdə Azərbaycanın dekolonizasiya üzrə qlobal səylərin tərəfdarı kimirolunu vurğulayıb. Öz müqəddəratını təyin etmə və tarixi ədalətkimi mövzuları müzakirə edərək Azərbaycan kolonial və neo-kolonialhakimiyyətdən azad olmaq uğrunda mübarizə aparanlara dəstəkgöstərməyə sadiqliyini təsdiqləyib.

“La Gazette du Caucase” məqalənin sonunda “Reyunyon xalqının özazadlığını qaytarması üçün səfərbər olunduğunu qeyd edir. Bakıtəşəbbüs qrupu belə bir mübarizə baxımından həyati vacib birplatformadır və dekolonizasiya uğrunda qlobal hərəkatlarınqarşılıqlı-əlaqəsini əks etdirir.

Seçilən
32
az.trend.az

1Mənbələr