Ukrayna Təhlükəsizlik Xidməti (UTX) aviasiya infrastrukturuna hücumlar üçün Ukrayna Silahlı Qüvvələrinin təyyarələri və helikopterləri haqqında məlumat toplayan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX)kəşfiyyat qrupunu zərərsizləşdirib.
Bakupost.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" bildirib.
Qeyd olunur ki, hərbi aerodrom yaxınlığında keçirilən xüsusi əməliyyat zamanı Ukraynaya məxsus F-16 təyyarəsinin havaya qalxmasının fotolarını çəkən iki agent saxlanılıb.
İş materiallarına əsasən, düşmən agentləri Kremençuq şəhərinin 22 və 21 yaşlı iki sakinidir. Müttəhimlər FTX əməkdaşı tərəfindən işə götürülüb, onun şəxsiyyəti artıq müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, agentlər F-16 təyyarələri və helikopterlərinin yerləşdiyi hərbi aerodromların yerləri haqqında məlumat toplayıb, sonra isə raket və dron hücumlarının təşkili üçün bu məlumatları ruslara ötürüblər:
"Tapşırığı yerinə yetirmək məqsədiləonlar uzun müddətli casusluq üçün hərbi obyektlərin yaxınlığında mənzil icarəyə götürərək, avtobuslarla Ukraynanın beş bölgəsini gəzməyi planlaşdırıblar. UTX onları fəaliyyətlərinin ilkin mərhələsində ifşa ediB, uğursuz kəşfiyyat cəhdləri sənədləşdirilib.
Hər iki şəxs F-16 qırıcılarının fotoşəkillərini çəkərkən saxlanılıblar. Onları vətənə xəyanətə görə ömürlük həbs gözləyir".
Zaur, BakuPost