Danimarka Enerji Agentliyinin verdiyi məlumata görə, “Qazprom”un törəmə şirkəti olan “Nord Stream 2 AG” şirkətinə “Şimal axını 2” təbii qaz kəmərində mühafizə işləri aparmaq üçün icazə verilib.
Turkustan.az xəbər verir ki, Danimarka Enerji Agentliyindən verilən yazılı açıqlamada, Nord Stream 2 AG şirkətinə "Şimal axını 2"-də müəyyən işlər üçün icazə verildiyi bildirilib.
Açıqlamada bildirilib ki, işlərə “Şimal axını 2” boru kəmərinin mühafizəsi ilə bağlı bəzi profilaktik işlərin aparılacağı və prosesin aprelin 1-dən sentyabrın 30-dək başa çatdırılacağı bildirilib.
Bu açıqlamadan sonra “Qazprom”un səhmləri Moskva birjasında 3,3 faizdən çox bahalaşıb.
Rusiya qazını Baltik dənizindən Almaniyaya daşıyan “Şimal axını” və “Şimal axını 2” boru kəmərləri 2022-ci ilin sentyabrında partlayışlardan sonra fəaliyyətsiz qalıb.
Aytən Yaşar/ Turkustan.az