Bu gün istefa verən Serbiyanın baş naziri Miloş Vuçeviç vətəndaşların magistral yolları və təhsil müəssisələrini bağladığı etirazların xaricdən təşkil edildiyini deyib.
“Bunun arxasında kimsə dayanır. İndi deyə bilərəm ki, bu [sosial iğtişaşlar və etirazlar] xaricdə düşünülmüşdür. Buna heç bir şübhəm yoxdur. "Onlar, [bunun arxasında duran qüvvələr] cəmiyyətin ən həssas sahəsinə - uşaqların təhsilinə zərbə vurdu",- deyə siyasətçi bildirib.
Serbiyanın “Novosti” qəzeti xəbər verir ki, Vuçeviç etirazların təşkilinə görə məsuliyyət daşıyanların əməllərinə görə cəzalandırılacaqlarına da söz verib və əlavə edib ki, bu şəxslərin müəyyən edilməsi çox vaxt aparmayacaq.