AZ

Əlikram Xurşidovun vəkili ilə görüşməsinə imkan verilməyib

Yanvarın 28-də vəkil Nemət Kərimlinin Şirvan şəhərində həbsdə olan Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidovla görüşməsinə imkan verilməyib. 

Bu haqda "Basta”ya  məlumat verən vəkil bildirib ki, polis idarəsində bunu hansısa yoxlama ilə əlaqələndiriblər.

Görüşə icazə verilməməsinin səbəbi Əlikram Xurşidova işgəncə verilməsilə bağlı ola bilərmi? 

Bu suala cavab verən Nemət Kərimli qeyd edib ki, Şirvanda bu və ya digər bəhanə ilə vəkilin məhbusla görüşməsinə bir qayda olaraq  imkan verilmir.

Əlikram Xurşidov yanvarın 19-na keçən gecə xüsusi zorakılıqla evindən polisə aparılıb. Həmin gün o, Şirvan Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbsə məhkum edilib.

Müsavat Partiyası Əlikram Xurşidovun həbsini, onun sosial şəbəkədə hakimiyyəti sərt tənqid etməsi ilə əlaqələndirib.
Seçilən
4
arqument.az

1Mənbələr