AZ

Cənubi Koreyada təyyarə yanıb, sərnişinlər təxliyə edilib - YENİLƏNİB - VİDEO

Cənubi Koreyanın Busan şəhərindəki Gimhae Beynəlxalq hava limanında təyyarə yanıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, göyərtədəki 169 sərnişin və 7 ekipaj üzvünün hamısı təxliyə edilib və xəsarət alan olmayıb.

Qeyd edilib ki, Honq Konqa uçan “Air Busan”a məxsus təyyarəsi havaya qalxmazdan əvvəl onun quyruq hissəsində yanğın baş verib.

***

17:57

Cənubi Koreyada təyyarə yanıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Yanğın Busan şəhərindəki hava limanında baş verib.

Seçilən
11
apa.az

1Mənbələr