AZ

Selena Qomez Trampı tənqid etdi - VİDEO

Tanınmış müğənni Selena Qomez ABŞ-dən qeyri-qanuni immiqrantların deportasiyasına etiraz edib. 
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli müğənni video çəkərək ağlayıb və Trampı tənqid edib:
 
"Çox üzr istəyirəm. Bütün xalqım hücuma məruz qalır. Kaş bir şey edə biləydim...".

Əslən Meksikadan olan müğənni daha sonra həmin görüntüləri silib.
 
Xatırladaq ki, Tramp prezident seçiləndən sonra ABŞ-dəki qeyri-qanuni immiqrantların ölkədən deportasiya edilməsinə qərar verib.
 
Seçilən
13
1
7news.az

2Mənbələr