Bakı. Trend:
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə vəhibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsindədövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü vətəhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinəvə milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrlifəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısınınalınması istiqamətində tövsiyələrini hazırlayır.
Parlamentdən Trend-ə verilənməlumata görə, komissiyanın apardığı monitorinqlər zamanı əsasənqonşu dövlətin ərazisindən sosial media platformaları üzərindənaparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi vəxüsusiyyətləri tədqiq edilmiş, anti-Azərbaycan kampaniyada sistemlivə mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunmuşdur.
Bildirilir ki, kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki,onların da 124-ü “Facebook”-da, 67-si “Instagram”-da, 67-si“Telegram”-da, 32-si “YouTube”-da, 10-u “X”-də və digər sosialmedia platformalarında fəaliyyət göstərirlər.
"Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa,qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunundəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıqformalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideolojitəbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanmışdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyavətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırır.
Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirləringörülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimediləcəkdir", - bəyanatda qeyd olunub.