AZ

Portuqaliya nəhəngi argentinalı mütəxəssisə tapşırıldı

Argentinalı mütəxəssis Martin Anselmi "Portu"nun yeni baş məşqçisi təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

O, yanvarın 20-də istefaya göndərilən Viktor Brunonu əvəzləyib. 
39 yaşlı argentinalı mütəxəssis üçün bu, Avropada ilk məşqçilik təcrübəsi olacaq. O, əvvəllər Çilinin "Union La Calera", Ekvadorun "Independiente del Valle" və Meksikanın "Cruz Azul" klublarında çalışıb. O, sonuncuya 2024-cü ilin yanvarından rəhbərlik edirdi.

"Əjdahalar" hazırda 19 matçdan sonra 41 xalla Portuqaliya liqa cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda lider "Sportinq"dən 6 xal geri qalır.

Mirağa

Seçilən
9
9
fanat.az

10Mənbələr