AZ

Azərbaycan millisinin yer aldığı qrupla bağlı ehtiyatlı danışdı

style='margin-bottom:10px;'>

ABŞ-ın “Ostin” klubunda oynayan Ukrayna millisinin müdafiəçisi Oleksandr Svatok DÇ-2026-nın seçmə mərhələsi haqda fikirlərini açıqlayıb.

QOL.az xəbər verir ki, 30 yaşlı futbolçu FİFA-nın mətbuat xidmətinə müsahibəsində çox çətin qrupda yer aldıqlarını söyləyib.

Püşkün nəticəsinə əsasən, Ukrayna D qrupunda  İslandiya, Azərbaycan və Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

“Hər şeyin asan olduğunu düşünənlər yanılırlar. Bu gün bütün komandalar yaxşı və yığcam oynamağı bilirlər. Artıq asan oyunlar olmayacaq, hər kəs daha strukturlaşdırılmış şəkildə, öz planları və məqsədləri ilə oynamağı öyrənib. Çətin qrupdur. Amma ümid edirəm ki, Ukrayna oyunlara hazır olacaq. Ancaq bunun asan olacağını gözləmək lazım deyil. Biz hər oyuna böyük məsuliyyətlə, düzgün münasibətlə yanaşmalıyıq. Bununla hər şey yaxşı olacaq” - deyə Svatok bildirib.

O deyib ki, ukraynalı azarkeşlər tələbkardırlar: “Onlar dünya çempionatına vəsiqə qazanmaqdan başqa heç nə qəbul etməyəcəklər. Verilən tapşırıq yerinə yetirilməlidir. Əminəm ki, komanda ona olan ümidləri doğrultmaq və dünya çempionatına vəsiqə qazanmaq üçün əlindən gələni edəcək.

Biz futbolu sevən ölkəyik. Vəsiqə qazansaq, əla olardı. Mən həqiqətən inanıram ki, biz bunu edəcəyik”.

Seçilən
12
teleqraf.com

1Mənbələr