AZ

Moldovada dövlət çevrilişinə cəhd olub?

Moldova xüsusi xidmət orqanları Qaqauz parlamentinin sədrini saxlayıb və ondan muxtariyyətin başkanının çıxarılmasını tələb ediblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə spiker Dmitri Konstantinov “Qaqauziya-24” kanalında videomüraciətində bildirib.

 

“Aeroportda məni yenidən təhlükəsizlik işçiləri qarşıladılar. Mənə dedilər ki, Başkanı çıxarmaq üçün Xalq Məclisinin deputatları ilə mümkün olan hər şeyi etməliyəm.  Mən onlara əvvəl də dedim, indi də təkrarladım ki, biz bunu edə bilmərik, çünki o, Qaqauziyalılar tərəfindən seçilib. Sonra mənə dedilər ki, ailəmin qayğısına qalacaqlar, ailəmin problemləri olacaq. Sonda mənə uçmağa icazə vermədilər. Mən bu gün rəsmi olaraq Baş Prokurorluğa müraciət edirəm. Siz mümkün olan hər şeyi etməlisiniz ki, bu gün qanunu pozan insanlar buna görə məsuliyyət daşısınlar”, - Konstantinov bildirib.

 

Nigar

 

Seçilən
11
oxu24.com

1Mənbələr