Fransa 2025-ci ilin mart ayının sonuna kimi Ukrayna ordusunu “Mirage 2000” qırıcıları ilə təchiz edəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri deyib.
“Fransanın “Mirage 2000”-i tezliklə Ukrayna üzərindən uçacaq. Bunu cari rübün sonuna kimi respublikanın prezidenti elan edəcək”, - deyə o bildirib.
XİN rəhbərinin Parisin Ukrayna münaqişəsinin nizamlanmasından sonra bölgəyə sülhməramlı kontingentin göndərilməsi məsələsinə münasibət bildirməsi istənilsə də, o şərh verməkdən imtina edib.