AZ

"Real" Kurtuanın yerinə 19 yaşlı türk qapıçını transfer etmək istəyir

"Trabzonspor"un U-19 komandasının qapıçısı Onuralp Çevikkan karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" türk qolkiperi transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

"Kral klubu" Onuralp Çevikkanı Tibo Kurtuanın uzunmüddətli davamçısı kimi düşünür. "Real"ın yaxın zamanda 19 yaşlı futbolçu üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Trabzonspor" Onuralp Çevikkanı 2023-cü ilin yayında "Altınordu" akademiyasından transfer edib. Türkiyə U-19 millisinin üzvü "Trabzonspor"un U-19 komandasında çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Seçilən
9
10
sportal.az

10Mənbələr