AZ

Marneulidə uşaq və yeniyetmələr arasında şahmat çempionatı keçirilib

Marneulidə uşaq və yeniyetmələr arasında şahmat üzrə “Marneuli kuboku” keçirilib.

90deqiqe.Az xəbər verir ki, “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə keçirilən yarışda 41 nəfər uşaq və yeniyetmə iştirak edib.

Beş turdan ibarət olan yarışda 8-10 yaş kateqoriyasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Ümid Əliyev 5 xal toplayaraq birinci yerin sahibi olub.

Marneuli rayonunun Sadaxlı kənd 1 saylı ictimai məktəbinin şagirdi Əli Bayramov 4 balla ikinci, Timur Kələyev isə 4 xalla üçüncü pilləni tutub.

On və daha yuxarı yaşlı şahmatçılar arasında Əli Əliyev 5 xalla birinci, hərəyə 4 xal toplayan Rafael Bayramov və Onur Əsgərov isə müvafiq olaraq, iki və üçüncü yerləri tutublar.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Seçilən
5
90deqiqe.az

1Mənbələr