AZ

Nyu Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb

Federal hakimiyyət orqanları Nyu-Yorkda qeyri-qanuni mühacirlərə qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.

Əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox adamın saxlanıldığı Kvins və Bruklin rayonlarında başlayıb.
Reydlər ABŞ prezidenti Donald Trampın sərt deportasiya siyasətinin bərpası ilə bağlı seçkiqabağı vədinin bir hissəsidir.
Mənbələrin bildirdiyinə görə, həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir. 

Seçilən
15
12
ucnoqta.az

10Mənbələr