Türkiyə millisinin sabiq üzvü, gənc məşqçi Burak Yılmaz “Kasımpaşa”nın baş məşqçisi təyin edilib.
Bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
39 yaşlı keçmiş hücumçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb. “Kasımpaşa” Superliqada 20 turdan sonra 25 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Burak Yılmaz ötən il “Kayserispor”un da baş məşqçisi olub. O, uğursuz nəticələrə görə mətbuat konfransında istefa verəcəyini açıqlamışdı.
"Cebheinfo.az"