AZ

Xırdalan İcra Nümayəndəliyi 3 il öncəki vədini təkrarladı


Xırdalan şəhərində Azərbaycan-Misir dostluq parkının qarşısında “Qalubiyyə” küçəsinin adı yazılan plakat uzun zamandır qırıq vəziyyətdədir.

Bununla bağlı 2022-ci ildə Xırdalan Şəhər İcra Nümayəndəliyindən BEY.AZ-a verilən açıqlamada bildirilmişdi ki, küçənin adı yazılan plakatın yenisi ilə əvəz edilməsi üçün sifariş verilib və gələn həftə problem həll olunacaq.

Üstündən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin plakat yenilənməyib.

Məsələ ilə əlaqədar Xırdalan Şəhər İcra Nümayəndəliyindən BEY.AZ-ın sorğusuna cavab olaraq bildirib ki, plakat həmin dövrdə bərpa olunub. Yenidən bərpası isə yaxın günlərdə gözlənilir.

Bundan əlavə, İcra nümayəndəliyi lövhənin bərpa olunduğunu təsdiqləmək üçün foto da təqdim edib:

Qeyd edək ki, təmirdən sonrakı fotoda belə plakatın sol tərəf çərçivəsi yoxdur. Bizim təqdim etdiyimiz fotolardan da aydın olur ki, plakatın əks tərəfi tam qırılıb, fərqli rakursdan çəkilmiş bu fotonu və digər fotoları da oxucuların ixtiyarına veririk. Ümid edirik ki, şəhərin ümumi mənzərəsinə xələl gətirən bu kimi hallar tezliklə aradan qaldırılar.

Sevinc İbrahimzadə / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Seçilən
24
Bey.az

1Mənbələr