AZ

İstanbulda D-8 Təşkilatı Katibliyinin yeni binasının açılışı olub

Türkiyənin İstanbul şəhərində İnkişaf etməkdə olan Səkkiz Ölkə (D-8) Təşkilatı Katibliyinin yeni binasının açılışı mərasimi keçirilib.

“Report” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, yeni binanın açılışında təşkilata üzv ölkələrin səfirləri, baş konsulları, bəzi dövlət qurumlarının və özəl qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

D-8 baş katibi səfir İsaaka Abdulkadir İmam çıxışında Misirin paytaxtı Qahirədə keçirilən D-8 Təşkilatının 11-ci Zirvə Toplantısında Azərbaycanın yekdilliklə üzv qəbul edildiyini xatırladıb. O bildirib ki, hazırda Katiblik Azərbaycanın tam şəkildə iştirakı prosesini sürətləndirmək üçün çalışır.

Baş katib onu da qeyd edib ki, açılış mərasimində bütün üzv dövlətlər, o cümlədən yeni üzv Azərbaycan da iştirak edib.

Çıxışlardan sonra açılış lentinin kəsilməsi mərasimi keçirilib, xatirə fotoşəkilləri çəkdirilib.

Seçilən
3
2
azpolitika.info

5Mənbələr