AZ

Jota sabiq klubuna qayıtdı - RƏSMİ

25 yaşlı hücumçu Jota Fransa "Renn"indən sabiq komandasına - "Seltik"ə qayıdıb.

Fanat.Az xəbər verir ki, məlumatı Şotlandiya təmsilçisinin mətbuat xidməti yayıb.

O, köhnə-yeni klubu ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Jota 2021-ci ilin avqustundan 2023-cü ilin iyuluna qədər Qlazqo təmsilçisinin uğurları üçün çalışıb.  Daha sonra "Seltik" onu 29,1 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a satıb. Portuqaliyalı forvard "Benfika" və "Valyadolid"in də formasını geyinməyə imkan tapıb.

Cari mövsüm "Renn"in sıralarında bütün turnirlərdə 10 matça çıxan Jota 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr