AZ

Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlanıb

Yollar tikildikdən sonra da bütün bu daşımaları təkcə avtobusların yerinə yetirməsi mümkün deyil. Çünki tələbat çox yüksəkdir və həm də kütləvi daşıyıcıların xidmətlərinin genişləndirilməsi çox vacibdir.

Aznews.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, burada metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib: “Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya “Bənövşəyi xətt”in Babək prospektinə qədər və “Yaşıl xətt”in isə metronun “Həzi Aslanov” stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, “Bənövşəyi xətt”in uzadılması, eyni zamanda, metronun “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsini genişləndirəcək və bir daha “20 Yanvar” metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

Seçilən
5
13
aznews.az

10Mənbələr