AZ

5 tondan çox narkotik maddə məhv edildi (FOTO)

Bakı. Trend:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə QarşıMübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçiqrupunun təşkilatçılığı, dövlət orqanlarının əməkdaşlarından ibarətkomissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindənhəyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirlərinəticəsində qanunsuz dövriyyədən götürülmüş, barəsində məhkəməninməhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton168 kiloqram 332 qram narkotik vasitələr və psixotrop maddələryandırılaraq məhv edilib.

Trend Dövlət GömrükKomitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, məhvedilənlərin 91,3 faizi daha təhlükəli narkotiklər: yəni 4 ton 662kiloqram 185 qramı heroin və 58 kiloqram 837 qramı metamfetaminolub.

Bundan əlavə, 369 kiloqram 529 qram tiryək, 77 kiloqram 779 qramhəşiş və digər maddələr də məhv edilib. Bu narkotiklərin 98,7faizi, yəni 17 fakt üzrə 5 ton 105 kiloqram 990 qramı cənubsərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yollaAvropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub. Məhv edilənnarkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272milyon avrodan çox təşkil edir.

“Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəmizə qarşınarkotəhdidlər və yeni çağırışlar nəzərə alınmaqla narkotiklərinqanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanlarının prioritetvəzifələrindəndir. Bu məqsədlə əməliyyat-axtarış fəaliyyətiningücləndirilməsi, gömrük orqanlarının yoxlama baxış sistemləri,müasir texniki nəzarət vasitələri və narkotik axtarışı üzrəkinoloji itlərlə təmin olunması, Avtomatlaşdırılmış Risk AnaliziSistemi (ARAS) və digər yeni texnologiyalar tətbiq edilməkləonların potensialının və şəxsi heyətin peşəkar hazırlığınınartırılması istiqamətində tədbirlər görülür”, - deyə komitəninyaydığı məlumatda bildirilir.

5
5
5
5
5
5
Seçilən
2
5
az.trend.az

10Mənbələr